DÜNYA
İsveç İraqa iki hərbi-nəqliyyat təyyarəsi ilə humanitar yardım göndərəcək
Stokholm, 19 avqust (AZƏRTAC). İsveç yaxın vaxtlarda İraqa iki hərbi nəqliyyat təyyarəsi ilə humanitar yardım göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveç müdafiə naziri Karin Enstryom və xarici ölkələrə yardım göstərilməsi üzrə nazir Xillevi Enqstryom mətbuat konfransında məlumat veriblər.
İraqa göndərilən humanitar yardım yükünə ilkin tələbat əşyaları daxil olacaq və bu, İsveç xəzinəsinə 50 milyon krona, yəni 5 milyon avrodan artıq məbləğə başa gələcək.
Qeyd edək ki, İsveç Dövlət Mülki Müdafiə İdarəsinin əməkdaşları İraqda vəziyyəti yerində öyrənmək məqsədilə artıq bu ölkəyə yola düşüblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm