İsveç XİN: 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq çətindir
Bakı, 6 iyul, AZƏRTAC
İsveçin Xarici İşlər naziri Marqot Vallstrom keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi üçün 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaq çətindir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, isveçli nazir qeyd edib: “Bizim üçün 1915-ci il hadisələrini ermənilərin və assuriyalıların soyqırımı kimi tanımaq mümkün görünmür. Bir ölkəyə qarşı soyqırımı iddiaları irəli sürmək üçün sizin əlinizdə tutarlı dəlillər olmalıdır”. Vallstrom əlavə edib ki, soyqırımı aktını beynəlxalq hüquq normaları çərçivəsində tanımaq üçün etibarlı mənbələr, şahid ifadələri və digər sübutlar olmalıdır.
Türkiyə Osmanlı imperiyası dövründə Anadolunun şərqində baş vermiş faciəli hadisələrin, erməni daşnak qruplarının Rusiyanın təcavüzü zamanı türklərə qarşı döyüşməsi fonunda cərəyan edən proseslərin sözdə “erməni soyqırımı” kimi tanınmasının əleyhinə çıxış edir. Ankara bəyan edir ki, həmin vaxt rus qoşunları və erməni quldurları tərəfindən də türk millətindən olan çoxlu sayda dinc insan qətlə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]