İsveçrə hökuməti İran ilə maliyyə kanalı açmaq üçün ABŞ-dan icazə alıb
Tehran, 29 yanvar AZƏRTAC
İsveçrə hökuməti İran ilə maliyyə kanalı açmaq üçün ABŞ-ın Maliyyə Nazirliyindən icazə alıb.
AZƏRTAC xəbər verir ki, İranın neft satışından əldə etdiyi valyuta İsveçrə bankına daxil olacaq oradan isə İran banklarına köçürüləcək. İran-İsveçrə Ticarət Palatasının sədri Şərif Nizam Mafii bildirib ki, hazırda İranın Avropa banklarında pulu yoxdur. İran neftini Hindistan, Çin və Cənubi Koreyaya sata bilir. Gələcəkdə bu ölkələr neft üçün ödəməli olduqları pulu İsveçrə bankına köçürəcəklər. Onun sözlərinə görə hələlik İsveçrə tərəfi maliyyə kanalının yaradılması üzərində iş aparır. Bu iş başa çatdıqdan sonra İranın Asiya dövlətlərinin banklarındakı pulları İsveçrəyə oradan isə xüsusi maliyyə kanalı vasitəsi ilə Tehrana köçürüləcək.
Xatırladaq ki, ABŞ İrana Çinə, Hindistana, Cənubi Koreyaya neft satmaq üçün icazə verib. Lakin İranın banklarına tətbiq edilən sanksiyalara görə, satılan neft üçün ödənilməli olan pullar İrana daxil olmur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]