İsveçrə Şimali Koreya üçün ərzaq yardımına ən çox vəsait ayıran ölkələrdən biridir
Bakı, 24 may, AZƏRTAC
İsveçrə hökuməti Koreya Xalq Demokratik Respublikasına (KXDR) ərzaq yardımı üçün BMT-nin müvafiq qurumuna 4,98 milyon ABŞ dolları köçürüb.
AZƏRTAC BMT-nin humanitar yardımların əlaqələndirilməsi ofisinə istinadla xəbər verir ki, İsveçrənin bu il KXDR-ə ərzaq yardımı üçün ayırdığı vəsaitin məbləği 7,8 milyon dollara çatıb. Bununla İsveçrə Şimali Koreyaya ərzaq yardımları üçün ən çox vəsait ayıran Avropa ölkəsi olub. Növbəti yerlərdə Rusiya (4 milyon dollar), İsveç (2,44 milyon dollar) və Kanada (570 min dollar) gəlir.
Qeyd edək ki, beynəlxalq sanksiyalar və əlverişsiz hava şəraiti səbəbindən Şimali Koreyada ərzaq çatışmazlığı yaranıb. Dünya Ərzaq Proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə məlumatına əsasən, ötən il Şimali Koreyada məhsul yığımı 2008-ci ildən bəri ən aşağı həddə düşüb. Ölkə əhalisinin təxminən 40 faizinin təcili ərzaq yardımına ehtiyacı var.
Ötən həftə Cənubi Koreya KXDR-ə ərzaq yardımları üçün beynəlxalq humanitar yardım proqramlarına 8 milyon dollar ayıracağını elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]