ELM VƏ TƏHSİL
IT sektorunda uğur strategiyaları və şirkətlərin tələbləri – seminar
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SEQMENT, ERP-INTEL, SAFETYEVER və “Resource Planning” şirkətlərinin nümayəndələri Kompüter mühəndisliyi kafedrasının tələbələrinə seminar keçiriblər.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, “IT sektorunda uğur strategiyaları və şirkətlərin tələbləri” adlı seminarda tələbələrə bu sahələrdə karyera imkanları və şirkətlərin tələbləri, proqramlaşdırma dilləri seçimləri, ERP sistemləri və onların tətbiqi, SQL və verilənlər bazası kimi istiqamətlər üzrə məlumat verilib.
Sonda tələbələr arasında yarış təşkil olunub və qaliblər müəssisələrdə təcrübə keçmək imkanı əldə ediblər.