ELM VƏ TƏHSİL
İtaliyalı gənclər Bakı Dövlət Universitetində olmuşlar
Bakı, 1 iyul (AZƏRTAC). İtaliyanın ən böyük gənclər təşkilatı hesab edilən “Giovani nel Mondo”nun prezidenti Daniela Contenin başçılıq etdiyi nümayəndə heyəti, həmçinin Azərbaycanın “İrəli” İctimai Birliyinin təmsilçiləri Bakı Dövlət Universitetində (BDU) olmuşlar.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru, dosent Şəlalə Məmmədova və xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimovanın iştirak etdikləri görüşdə qonaqlara təhsil müəssisəsinin inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verilmişdir.
Görüşdə italiyalı qonaqlar “Giovani nel Mondo”nun fəaliyyətindən danışmışlar.
Sonra Azərbaycan–İtaliya gənclərinin əlaqələri, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılmışdır.
Qonaqlar BDU-nun tədris şəraiti ilə də tanış olmuşlar.