İtalyan Fabiano Karuano və israilli Boris Gelfand FİDE-nin Qran-pri seriyası mərhələsinin qalibləridir
Nəticədə ilk iki yeri 11 mümkün xaldan 6,5 xal toplamış italyan Fabiano Karuano və israilli Boris Gelfand tutublar. Qran-pri seriyasında mükafatlar və xallar iştirakçılar arasında əlavə göstəricilər nəzərə alınmadan bölünür.
Üçdən səkkizədək olan yerləri adama 6 xal toplamış rusiyalı qrossmeysterlər Aleksandr Qrişşuk, Sergey Karyakin, Pyotr Svidler, Yevgeni Tomaşevski və amerikalı Hikaru Nakamura tutublar. Azərbaycan nümayəndəsi Teymur Rəcəbov 5,5 xalla doqquzuncu yeri tutub. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və özbək şahmatçısı Rüstəm Qasımcanov adama 5 xal toplayaraq 10-11-ci yerləri bölüşüblər. Rusiya şahmatçısı Dmitri Andreykin 4,5 xalla 12 yerdə, Lenyer Dominges isə turnir cədvəlində sonuncu - 13-cü yerdədir.
Yekunda fəxri kürsünün ən yüksək pilləsinə Fabiano Karuano çıxıb, ikinci yeri Boris Gelfand, üçüncü yeri isə Aleksandr Qrişşuk tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.07.2025 [21:25]
“Neftçi” ekvadorlu futbolçunu transfer edib
- 15.07.2025 [16:27]
“Zirə” legioner futbolçusu ilə vidalaşıb
- 15.07.2025 [16:15]
“Neftçi” Venesuela millisinin futbolçusunu transfer edib
- 15.07.2025 [16:04]
Bakıda yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
- 15.07.2025 [15:46]
UEFA Azərbaycanın 9 klubuna ödəniş edib
- 15.07.2025 [15:45]
Çempionlar Liqası: ”Azərreyl”in rəqibi bəlli olub
- 15.07.2025 [15:24]