Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtalyan tədqiqatçı: BMT qətnamələri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas hüquqi və siyasi çərçivədir

İtalyan tədqiqatçı: BMT qətnamələri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas hüquqi və siyasi çərçivədir

Roma, 2 oktyabr, AZƏRTAC

İtaliyanın nüfuzlu “Corriere Della Sera” qəzetinə bağlı məşhur “Euractiv” portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vincellinin “Dağlıq Qarabağ: Qafqazın Alto Adicesi” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, Daniel Pommier məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə vaxtilə Avstriya ilə İtaliya arasında mövcud olmuş Cənubi Tirol/Alto Adice münaqişəsini müqayisəli təhlil edərək, ukronik üslub vasitəsilə italyan oxucularını 90-cı illərin əvvəllərindəki İtaliyaya aparır və problemi italyan oxucusuna anlatmağın ən yaxşı üsulu kimi Cənubi Tirol/Alto Adice münaqişəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin inkişaf yolunu keçəcəyi halda baş verə biləcək hadisələri analogiya yolu ilə tətbiq etməklə təsvir edir.

“1992-1993-cü illər İtaliyasını xatırlayırsınız?! Bizim ölkəmiz o zaman Tangentopoli qalmaqallarından, köhnə partiyaların dağılmasından, lirənin devalvasiyasından, mafiyanın hücumlarından, “Padania”nın separatçılığı təhdidlərindən təngə gəlmişdi”, - deyən müəllif Cənubi Tirol/Alto Adice münaqişəsinin Ermənistan-Azərbaycan münaqişəsinin inkişaf yolunu keçəcəyi halda baş verə biləcək hadisələri belə təsvir edir: “1992-ci ili təsəvvür edək, o zaman ki, Cənubi Tirol/Alto Adicenin alman dilli əhalisi separatçılıq çağırışlarından həyəcanlanaraq İtaliyanın suverenliyi daxilində olmaq deyil, Vyanaya birləşmək niyyətindədirlər. Əlbəttə ki, Roma buna qarşı çıxır, həm də ona görə ki, bizim Konstitusiya separatçılığın hər hansı formasını qadağan edir”.

“Etiraz və mütəmadi zorakılıqla müşayiət olunan bir mərhələdən sonra alman dillilər və italyanlar arasındakı münaqişə silahlı mərhələyə keçir. Vətəndaş müharibəsi başlayır və tirollular Avstriya hökumətindən və qeyri-rəsmi də olsa Berlindən hərbi dəstək alırlar. Sonda bütün Trentino Alto Adiceni işğal edirlər və “təhlükəsizlik səbəbi”nə görə Veneto regionunu, eləcə də Belluno, Treviso, Vicenza və Verona əyalətlərini də işğal edirlər. İtalyanlar işğal altındakı ərazilərdən kütləvi şəkildə cənuba qaçmalı olurlar. İtaliya bir milyona yaxın məcburi köçkünü qəbul edir. 1994-cü ildə atəşkəs əldə olunur. Tirollular Avstriya və Almaniya da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan "Cənubi Tirol respublikası"nın yaradıldığını elan edirlər. Beynəlxalq ictimaiyyət İtaliyanın ərazi bütövlüyünü bir daha təsdiqləyir və tərəflər arasında heç bir fayda verməyən vasitəçilik etməyə cəhd edir. On illər ərzində davam edəcək “dondurulmuş” bir münaqişə başlayır”, - deyə D.Pommier hadisələrin sonrakı hipotetik gedişini təsvir edir.

Daha sonra qeyd etdiyi hadisələrin məhz Ermənistan-Azərbaycan münaqişəsi timsalında baş verdiyini və İtaliyanın başına gəlmiş ola biləcək hadisələrin məhz Azərbaycanda baş verdiyini vurğulayan D.Pommier fikirlərinə belə davam edir: “Bu kabus ssenarisi, bu alternativ zaman kəsiyində, Qafqazda Ermənistan və Azərbaycan arasında sözdə Dağlıq Qarabağ müharibəsində baş verənləri xatırladır. 1992-ci ildə başlayan və 1993-cü ildə silahlı qarşıdurmanın zirvə nöqtəsinə çatan və 1994-cü ilin mayında atəşkəslə dayanmış bir münaqişə. Bu, 26 il nəticəsiz danışıqlarla və mütəmadi toqquşmalarla davam edən münaqişə, 2020-ci ilin sentyabrın 27-də ən yüksək şiddət həddinə çataraq yenidən partlamış oldu”.

“Bizim xəyali ssenarimizin Qafqazda baş vermiş hadisələrlə və indi baş verənlərlə nə əlaqəsi var?! İctimai rəyin böyük əksəriyyətinin görməzdən gəldiyi və bir çox şərhçinin qaçırdığı nüans bu münaqişənin yalnız Dağlıq Qarabağla əlaqəli olmamasıdır. Belə ki, 1992-ci ilin mayından 1993-cü ilin noyabrına qədər ermənilər döyüş meydanında qalib gəldiyi zaman, onlar Dağlıq Qarabağla əlaqəsi olmayan və ərazi iddiasının tərkib hissəsi olmayan daha yeddi Azərbaycan rayonunu “təhlükəsizlik səbəbləri” bəhanəsi ilə işğal etdilər”, - deyən D.Pommier münaqişə ilə bağlı mühüm məqamlardan biri kimi bir çoxlarının bilərəkdən “gözardı” etdiyi ətraf rayonların “təhlükəsizlik səbəbi” bəhanəsi ilə işğal edildiyini xüsusilə vurğulayır və “Dağlıq Qarabağdan daha böyük olan bu ərazilərdən təqribən 1 milyon insan qovuldu və Azərbaycan dünyada əhalinin sayı nisbətinə görə ən çox məcburi köçkünü olan ölkəyə çevrildi”, - deyərək müəllif diqqəti azərbaycanlı məcburi köçkünlərin insanlıq faciəsinə yönəldir.

Daha sonra Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivəyə istinad edən müəllif BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bu xüsusda mühüm mənbə təşkil etdiyini bildirərək qeyd edir: “BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi dörd qətnaməsini oxusanız, orada dörd sadə prinsipin ehtiva olunduğunu görmüş olarsınız: Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir, Ermənistan silahlı qüvvələri bütün işğal olunmuş ərazilərdən çıxmalıdır, məcburi köçkünlər öz evlərinə qayıda bilməlidir və tərəflər münaqişəni ATƏT-in Minsk qrupu (o vaxt ATƏM) çərçivəsində ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi həmsədrlik müstəvisində həll etməlidir. BMT qətnamələri beynəlxalq hüquq prinsiplərinin tətbiq edilməsini nəzərdə tutur və münaqişənin həlli üçün əsas hüquqi və siyasi çərçivə təşkil edir, əks halda isə bu, ən aqressiv millətçiliklə zəhərlənmiş ola biləcək bir münaqişəyə çevriləcəkdir. Qətnamələr tam şəkildə tətbiq edilməlidir: ərazi bütövlüyü, məcburi köçkünlərin geri qayıtması, beynəlxalq ictimaiyyət tərəfindən vasitəçilik. Madrid prinsipləri və ya başqa sözlə desək, Lavrov planı da mərhələli bir yanaşmanı nəzərdə tutur və işğal altındakı ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması şərtinə əsaslanır”.

Ermənistan tərəfinin müxtəlif müstəvilərdə istifadə etdiyi “arqumentləri”nə cavab olaraq, D.Pommier Sovet İttifaqı dağıldığı zaman, yeni dövlətlərə keçid üçün rəhbər tutulmalı olan prinsipləri təhlil edərək bildirir ki, “yeni dövlətlər yarandığı zaman beynəlxalq səviyyədə tanınmış yeni ölkələrin sərhədləri keçmiş Sovet respublikalarının sərhədləri ilə uyğunlaşdırılmalı idi. On beş keçmiş sovet respublikasından on beş yeni dövlət yaradılmalı idi. Bu prinsip pozulduqda, Krımdan Ukraynanın şərqinə qədər, Abxaziyaya qədər silahlı qarşıdurmalar, böhranlar, sanksiyalar, beynəlxalq qeyri-sabitlik yaranmış oldu. Beynəlxalq hüquq asimmetrik və ya rahatlığa görə tətbiq edilə bilməz”.

Sonda Ermənistan-Azərbaycan münaqişənin dinlə heç bir əlaqəsinin olmadığını vurğulayan D.Pommier Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Tirol/Alto Adice münaqişəsi arasında müvafiq paralellər aparmaqla, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalı olduğunu qeyd edərək sözlərini belə yekunlaşdırır: “Şəxsən mən inanıram ki, maksimum beynəlxalq zəmanətlərlə Azərbaycanın suverenliyi daxilində Dağlıq Qarabağa və orada yaşayan icmalara muxtariyyət verilməsi ərazi bütövlüyü və sakinlərin öz müqəddəratını müəyyən etmə ehtiyacı baxımından tarazlıq nöqtəsi təşkil etmiş ola bilər”.

Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

https://euractiv.it/section/mondo/opinion/nagorno-karabakh-lalto-adige-del-caucaso/?fbclid=IwAR2jpOkJj5lRstrqhjLyztYMhzF49aYrYsBpOKUM2YXU2vpIWYyeGvjfTLM .

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İşəgötürənlər UNEC-də: “Məşğulluq həftəsi”nə start verilib

Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə həsr olumuş elmi-praktiki konfrans keçirilib

İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan-İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir

Elektromobillərə və hibrid avtomobillərə güzəştin müddəti bitir – qiymət artacaqmı? VİDEO

Elektromobillərə və hibrid avtomobillərə güzəştin müddəti bitir – qiymət artacaqmı? VİDEO

Azərbaycan ilə Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

İki böyük Azərbaycan şairinin Türkiyə türkcəsinə çevrilmiş əsərlərinin təqdimatı olub

Beynəlxalq Mihay Eminesku Akademiyası Azərbaycandan olan bir şairin Nobel mükafatına namizədliyini irəli sürəcək

Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək

Agentlik: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

Çin mədəninin dərinliklərində superbakteriyaları məhv edən güclü antibiotik kəşf edilib

Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir

Şərqşünaslıq İnstitutunda Cavad Heyətin 100 illiyinə həsr edilən elmi sessiya keçirilib

Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb VİDEO

Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın aerobika gimnastları Fransada 4 medal qazanıblar

Qlazqo və Aberdində ilk dəfə səyyar konsulluq xidmətləri göstərilib

BDU ilə Qırğızıstan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

AZSTAND-ın nümayəndəsi halal standartlar üzrə nəzəri və praktik biliklər əldə edib

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

® Milli Biznesin İnkişafı Forumunun məhkəmə sisteminə həsr olunmuş dördüncü xüsusi sessiyası təşkil olunub

Braziliya quş qripi səbəbindən Aİ ölkələrinə quş əti ixrac edə bilməz

AzMİU-da yeni laboratoriyalar istifadəyə verilib

Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib VİDEO

Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib VİDEO

“Autizm probleminin korreksiyası zamanı istifadə olunan inteqrativ model” - seminar

BMU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı infosessiya

Bu ilin ilk rübündə AKİA tərəfindən 2480 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib

İdarə Heyətinin üzvü: Azərbaycan Milli QHT Forumu İctimai şuraların sağlamlaşdırılmasında maraqlıdır

Milli QHT Forumunun İdarə Heyətinin üzvü: İlin sonuna qədər bütün üzvləri yeni vəsiqələrlə təmin etməyi planlaşdırırıq VİDEO

Milli QHT Forumunun İdarə Heyətinin üzvü: İlin sonuna qədər bütün üzvləri yeni vəsiqələrlə təmin etməyi planlaşdırırıq VİDEO

Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb

Azərbaycan telekanalları etibarlı mənbə kimi liderliyini qoruyub saxlayır - ARAŞDIRMA

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır VİDEO

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır VİDEO

Qebreyesus: ÜST rəhbər heyəti və departamentləri yarıya qədər ixtisar edəcək

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Rəqəmsal rənglər” sərgisi açılıb

Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının nümayəndə heyəti ADAU-da olub

AMQF-nin İdarə Heyəti 1 illik fəaliyyətinə dair ictimai hesabat verib, qarşıdakı planları açıqlayıb YENİLƏNİB

Pərvanə Vəliyeva: Bu il Qərbi Azərbaycanla bağlı 51 layihə QHT-lər tərəfindən icra olunacaq

Ömrə yaraşıq güllər - FOTOREPORTAJ

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Buenos-Ayresdə daşqınlar səbəbindən 4 mindən çox insan təxliyə olunub

Britaniya-Azərbaycan Ticarət Palatasının sədri: Azərbaycan regionda yaşıl enerji mərkəzinə çevrilə bilər - MÜSAHİBƏ

İsveçrədəki kənd 1 milyon kubmetr qaya sürüşməsi təhlükəsi səbəbindən təxliyə edilib

Azərbaycan – Macarıstan oyununun biletləri satışa çıxarılıb

Netanyahu: İsrail bütün Qəzza sektorunu nəzarətə götürəcək

Yunan adasında baş verən yeraltı təkanlar onlarla evə ziyan vurub

Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır VİDEO

Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır VİDEO

Azərbaycanın daha bir velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb

KOBİA: Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır VİDEO

KOBİA: Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır VİDEO

Qazaxıstan Prezidenti TDT sammitində iştirak etmək üçün Macarıstana səfər edəcək

Dövlət Vergi Xidmətinin əməkdaşları arasında keçirilən minifutbol turniri başa çatıb

® “Expressbank” II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib

Aİ ölkələri çoxmilyardlıq müdafiə fondu yaradır

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı təmirinə başlanılıb VİDEO

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı təmirinə başlanılıb VİDEO

Sürüşmədən sonra Şamaxı-Cabanı-Əngəxaran yolunun 11-ci kilometrliyində bərpa işləri aparılır

Asteroidləri tədqiq edəcək “Tyanven-2” zondu mayın sonunda kosmosa buraxılacaq

Parlamentin Aqrar siyasət komitəsinin iclasında bir sıra məsələlər müzakirə olunub

“AzerGold”da “IE Universiteti” tərəfindən dayanıqlı inkişaf mövzusunda təlim keçirilib

BOKT-ların alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub

Kazanda keçirilən beynəlxalq forumda Azərbaycanın pensiya islahatları təcrübəsindən bəhs olunub

Azərbaycandan 10-dək ölkəyə süfrə yumurtası ixrac edilir

® “Birbank Biznes” Qəbələdə sahibkarlarla bir araya gəlib

Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib

“Araz dəhlizi” digər regional tranzit marşrutlarına həyat qabiliyyətli bir alternativ kimi çıxış edə bilər – MÜSAHİBƏ

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı müsabiqə elan edilib

QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərir

SAT imtahanına qeydiyyat davam edir

Bu ilin dörd ayında Azərbaycanı 735 mindən çox qonaq ziyarət edib

Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib VİDEO

Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib VİDEO

Qahirədə Britaniya Beynəlxalq məktəbində Azərbaycan mədəniyyəti tanıdılıb

Mehmet Özkan: Türkiyə Maarif Vəqfinin 485 məktəbində 70 mindən çox şagird təhsil alır

Cəlilabadda polis əməliyyat keçirdi - 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlandı VİDEO

Cəlilabadda polis əməliyyat keçirdi - 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlandı VİDEO

Ramil İskəndərli: Azərbaycan Milli QHT Forumu vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib

Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir

Bakıda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin İdarəetmə Komitəsinin onuncu görüşü keçirilir

Finlandiya Rusiya aktivləri hesabına Ukraynanı silah-sursatla təmin edəcək

Sumqayıt teatrında “Sehrli yaylıq” tamaşasının premyerası olub

“Qarabağ”ın xorvatiyalı qapıçısı: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik

bp: “Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı investisiya qərarının verilməsi son mərhələdədir

“Məhəbbət əfsanəsi” baletinə quruluş verən məşhur rusiyalı xoreoqraf vəfat edib

Azərbaycanın daha bir güləşçisi Rusiyadakı turnirdə fəxri kürsüyə qalxıb

FHN yanğın təhlükəli uşaq əyləncə mərkəzinin fəaliyyətini dayandırıb

Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

Doktoranturaya hazırlaşanlar üçün metodik vəsait nəşr edilib

“Hubble” teleskopu Böyük Magellan Buludu adlı “cırtdan” qalaktikanı tədqiq edir

IDEA Gəncə çayında təmizlik aksiyası keçirib

“Nissan” Yaponiyadakı zavodlarını bağlayacaq

Türkiyə Maarif Vəqfinin Azərbaycandakı fəaliyyəti və perspektivləri müzakirə edilib

Yaponiya bütün ölkələri atom bombardmanının ildönümü ilə bağlı Naqasakiyə dəvət edəcək

Peter Fişer: Diplomatlar Gürcüstanda məhkəmələrə təsir etməyə çalışırlar

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olacaq

Bakı Ali Neft Məktəbi ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Şamaxıda VİDEO

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Şamaxıda VİDEO

Qazaxıstanda Mərkəzi Asiyanın ən sürətli superkompüteri istifadəyə buraxılır

IDEA Kür çayının Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası keçirib

Azərbaycan klubu italiyalı voleybolçunu transfer edib

İstanbulda 25-ci Türk Dünyası Uşaq Festivalı keçiriləcək

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması və ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb

“Ayaks" baş məşqçisi ilə vidalaşıb

Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib VİDEO

Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib VİDEO