IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında türksoylu ölkələrdən 20-dən çox qələm adamı iştirak edir

Bakı, 25 may, Göyçək Mahmudlu, AZƏRTAC
Ötən illərdən fərqli olaraq bu il IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı doqquz gün davam edəcək. Ənənəvi olaraq hər gün bir ölkəyə həsr olunur. Azərbaycana həsr ediləcək gün mayın 28-nə - Müstəqillik Gününə təsadüf edəcək. İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalı keçiriləcək.
Bunu AZƏRTAC-a müsahibəsində festivalın təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza deyib.
"Festivalda endirimli kitablar, sərgi və satış yarmarkaları var. Ümumiyyətlə, festivalın proqramı zəngindir: əyləncəli proqramlar, elmi müzakirələr, kitab təqdimatları, yubiley tədbirləri. Bütün türksoylu ölkələrdən, o cümlədən Macarıstandan 20-dən çox tanınmış alim və qələm adamı qonağımız var. Sərgidə bütün türk dünyası ədiblərinin əsərlərinə rast gəlmək mümkündür. Burada həssas qrupdan olan vətəndaşlar həm əsərlərini, həm də əl işlərini sərgiləyirlər.
Kitablar arasında vətənpərvərlik mövzusunda əsərlər də kifayət qədərdir. Həm Prezident İlham Əliyevin siyasətinə, həm Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinə, həm də Şanlı Zəfərimizlə həsr olunan kitablar da sərgilənir", - deyə X.Rza bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [17:00]
Müasirlik, peşəkarlıq, təbiətlə harmoniya və rahatlıq
- 21.06.2025 [15:30]
Azərbaycan və Türkiyənin ortaq istehsalı olan daha bir film
- 21.06.2025 [15:27]
Azərbaycan Aktauda keçirilən beynəlxalq müsabiqədə təmsil olunur
- 21.06.2025 [15:24]
Biləsuvarda kino günlərinə start verilib
- 21.06.2025 [12:15]
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə tədbir keçirilib
- 21.06.2025 [10:59]