RƏSMİ XRONİKA
İYULUN 13-Ü - BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN RƏSMİ AÇILIŞI HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ, ÜÇ DƏNİZ ƏFSANƏSİNİN REALLIĞA ÇEVRİLDİYİ GÜNDÜR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ SƏFƏRİ

AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Türkiyənin İstanbul şəhərinə gəlmişdir.
Azərbaycan Prezidentini Atatürk adına beynəlxalq hava limanında Türkiyənin dövlət naziri Mehmet Əli Şahin, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Qədir Topbaş, İstanbul valisi Müəmmər Gülər və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.