Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür VİDEO

İyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür VİDEO

Bakı, 17 iyun, AZƏRTAC

Onları əbəs yerə “ümid yeri” adlandırmırlar. Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara pənah aparırıq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı üz tutmağımızdan asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

AZƏRTAC xatırladır ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən, son illər Azərbaycanda səhiyyədə aparılan islahatlar, onun idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr dəyişiklikləri və digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Buzovnada yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzi Vətən müharibəsi iştirakçılarının istifadəsinə verilib. Müharibə iştirakçıları tibbi reabilitasiya xidmətləri, şəhid valideynləri isə lazımi tibbi və psixoloji yardımla təmin olunub.

Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında 6-sı Bakı şəhərində, 5-i regionlarda olmaqla ümumilikdə 11 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb.

Prezident, Müzəffər Ali Komandan İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Bu il isə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub.

Həmçinin TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.

İyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ruslan Quliyev: Yeni qərar Qarabağ və Şərqi Zəngəzurda turizm marşrutlarının inkişafına dəstək olacaq

Muxtar Babayev: Karbon bazarının potensialı 2050-ci ilədək 1 trilyon dollara çata bilər

Yəməndən Təl-Əvivin “Ben Qurion” hava limanına raket atılıb

Bakı Metrosu bu ilin altı ayında 111 milyondan çox sərnişinə xidmət göstərib

Tramp Ukraynaya daha çox silah göndərməyə razıdır

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar YENİLƏNİB FOTO

“Mançester Yunayted” yeni müqavilə imzaladığı futbolçunu İsveçrə klubuna icarəyə verib

İsveçdə nazir qohumunun qalmaqalda iştirakından sonra sağ radikal hərəkat fəallaşır

İrakli Kobaxidze: Avropa Parlamentinin biabırçı qətnaməsi Gürcüstandakı Avropa institutlarını nüfuzdan salır

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Gürcüstanda yaşayış binasının həyətində torpaq sürüşməsi baş verib

Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir

Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb

Daha 65 vətəndaşa hüquqi yardım göstərilib

Azərbaycanlı və ukraynalı mikoloqlar birgə tədqiqat aparıblar

MTP beynəlxalq səyahətçilər klubunun təsisçisi: Azad olunan ərazilərdə qısa müddətdə görülən işlər çox möhtəşəm və heyranedicidir

QHT sədri: Azad olunmuş ərazilərə sadələşdirilmiş prosedurlar sayəsində turist axını artacaq

Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizdən çoxu tikinti-quraşdırma işlərinə sərf olunub

Aslan Kərimov: “Selye” məğlub edilməyəcək rəqib deyil

Lerikdə Hamarmeşə–Bibiyani avtomobil yolu yenidən qurulur

Neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalıb

“Ayaks” İngiltərə millisinin üzvü ilə yollarını ayırıb

İlk dəfə Şuşa şəhərindən poçt vasitəsilə Avropa və ABŞ-a məktub göndərilib

Nəsimi rayonunda narkoşəbəkənin iki üzvü saxalanılıb VİDEO

Nəsimi rayonunda narkoşəbəkənin iki üzvü saxalanılıb VİDEO

Filippinli səyyah: Qarabağın təbiəti çox gözəldir

Eksperimental cərrahi robot öd kisəsi əməliyyatını avtonom şəkildə həyata keçirir

Kiyev dronlar və raketlərlə vurulub - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI  VİDEO

Kiyev dronlar və raketlərlə vurulub - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Tanınmış mütəxəssis Azərbaycan İdman Akademiyasında elmi-praktik təlim keçirib

Azərbaycan millisinin FIFA reytinqində yeni mövqeyi bəlli olub

Braziliya Prezidenti ABŞ-ın 50 faizlik rüsumlarına qarşı əks-tədbirlər görüləcəyini vəd edib

Sabah hava əsasən yağmursuz olacaq

İtaliyada aviasiya işçiləri tətil edirlər

ABŞ Qırğızıstan vətəndaşlarına əlavə viza məhdudiyyətləri tətbiq edib

İyirmi yeddi şəhər və rayonda sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb

Həm təbiəti, həm də tarixi ilə diqqətçəkən məkan – Qax rayonu VİDEO

Həm təbiəti, həm də tarixi ilə diqqətçəkən məkan – Qax rayonu VİDEO

Azərbaycan alimləri Avstriyada beynəlxalq konfransda çıxış ediblər

Taksi sürücülərinin identifikasiyası üçün SİMA texnologiyasının tətbiqinə başlanılıb

® “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı

“Nvidia” bazar dəyəri 4 trilyon dollara çatan ilk qlobal şirkətdir

Rafael Fiziyev braziliyalı UFC idmançısını döyüşə dəvət edib

Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir – ŞƏRH

Cənubi Koreyanın sabiq prezidenti ikinci dəfə saxlanılıb

Kaşıları erməni tərəfindən oğurlanan Pir Hüseyn Xanəgahı

Emin Əmrullayev: Xankəndi, Ağdam, Zəngilan və digər yerlərdə yeni məktəblərin açılması gözlənilir

Elmar Baxşıyev: “Aris”lə oyunlarda uğur qazanmaq üçün bütün gücümüzdən, potensialımızdan istifadə edəcəyik

Anomal istilər səbəbindən İtaliyada 500 nəfərin öldüyü bildirilir - Tədqiqat

Köhnə Bakı küçələrinin silinməz naxışları VİDEO

Köhnə Bakı küçələrinin silinməz naxışları VİDEO

Nazir: İşdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub

Ermənistanda deputat Qeqam Manukyanın oğlu saxlanılıb

Qazaxıstan Prezidenti tariflərlə bağlı Donald Trampa məktub ünvanlayıb

Yevlaxda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib

UNEC ilə Çinin Lanzhou Maliyyə və İqtisad Universiteti əməkdaşlığa başlayıb

İstehlakçılar “ƏDV geri al” layihəsindən faydalanmaqda davam edirlər

Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

Təbiətin səssiz arxivçisi – Həbib Rəhmanovun herbarilər dünyası FOTO VİDEO

Təbiətin səssiz arxivçisi – Həbib Rəhmanovun herbarilər dünyası FOTO VİDEO

Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verilib RƏSMİ

ÜMT: Sel və daşqınlar dünyada hər il 5 mindən çox insanın ölümünə səbəb olur

“Qərbi Azərbaycana qayıdış tarixi və beynəlxalq hüquqi kontekstdə” mövzusunda elmi-praktik dəyirmi masa keçirilib

Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir

Nazir: MİQ imtahanlarında son 5-7 ildə Azərbaycan bölməsində 80 baldan yuxarı nəticə adi hal sayılır

“Sabah”ın keçmiş baş məşqçisi: Azərbaycana gedişim karyeramda yeni mərhələnin başlanğıcı oldu

Naxçıvan Muxtar Respublikasında “e-rüsum” sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil RƏSMİ

Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Emin Əmrullayev: İmtahanda 3 sualın çıxarılması 46 nəfərin göstəricisinə müsbət təsir edib

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına

Müəllimlərin təxminən 45 faizi gələn ildən 1000 manat və daha yüksək əməkhaqqı alacaq RƏSMİ

Nazir: Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manatdır

İkili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin Məzun günü keçirilib

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb

“Könüllü DOST” proqramına 800-dən çox şəxs cəlb olunub

Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib

Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb RƏSMİ

Avropa Liqası: Bu gün səkkiz oyun keçiriləcək

Cəfər Qarayev: Səfər prosedurlarının sadələşdirilməsi gediş-gəlişin asanlaşmasına və ziyarətçilərin çoxalmasına səbəb olacaq

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizədək artıb

Emin Əmrullayev: Uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib

Texas ştatının rəsmiləri ölümcül daşqına qarşı tədbirlərlə bağlı çoxsaylı sualdan yayınır

Nazir: 7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib

“Karvan” beş futbolçusu ilə vidalaşıb

İyulun 13-də 34 mindən çox abituriyent imtahan verəcək

2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib

BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında iştirak edəcəklər

DİN: Ötən gün 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Məhəmməd Əfəndiyev. Məktəb anketindən Harvarda qədər: “Mən kiməm?” sualı ilə başlayan yol

Donald Tramp Braziliyaya 50 faizlik rüsumlar tətbiq edir

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib

“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var VİDEO

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Lionel Messi MLS-də rekorda imza atıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür

UEFA Avropa Liqası: “Sabah” bu gün Sloveniya klubunu qəbul edəcək