JURNALİSTLƏR ARASINDA EKOLOJİ MÖVZUDA KEÇİRİLƏN MÜSABİQƏNİN QALİBLƏRİ ÜÇÜN “JURNALİSTLƏRİN YAY MƏKTƏBİ” KEÇİRİLƏCƏKDİR
Bakı, 21 iyul (AZƏRTAC). “EKO -2010” Gənclər Koalisiyasının təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlər arasında keçirilmiş ekoloji mövzuda müsabiqənin qalibləri “Jurnalistlərin yay məktəbi”ndə iştirak edəcəklər.
Bu haqda iyulun 21-də keçirilən mətbuat konfransında məlumat verilmişdir.
Koalisiyanın koordinatoru Ramiz Alıyev bildirmişdir ki, “Yaşıl turizm hədəfimizdir” adlı layihə çərçivəsində həyata keçiriləcək yay məktəbinin iştirakçıları iyulun 26-dan 3 gün müddətində Xaçmaz rayonu Nabran qəsəbəsində həmin regionda ekologiyanın qorunması sahəsində görülmüş işlərlə yaxından tanış olacaqlar.
Eyni zamanda, müsabiqədə qalib gəlmiş jurnalistlərin mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [13:43]
COP29 Sədrliyinin Nepala səfəri başa çatıb
- 19.05.2025 [12:56]
Hava proqnozu: Leysan olacaq, dolu düşəcək
- 19.05.2025 [11:42]
Məhv edilmiş yaşıllıq sahəsi bərpa olunub
- 19.05.2025 [11:17]
Azərbaycan Astana Beynəlxalq Forumunda təmsil olunacaq
- 19.05.2025 [11:02]
Abşeron yarımadasının bəzi yerlərində leysan olacaq – XƏBƏRDARLIQ
- 18.05.2025 [19:17]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 18.05.2025 [12:48]
Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək
- 16.05.2025 [18:22]