Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Qazax, 28 may, Göyçək Mahmudlu, İsgəndər Qənbərov, Orxan Kərimov, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Qazax rayonunun işğaldan azad edilmiş kəndlərinə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mediatur zamanı media nümayəndələrinə təhlükəsizlik qaydaları izah olunub, ərazilərdən tapılan minalar nümayiş etdirilib.

Media nümayəndələri azad olunmuş kəndlərdə erməni vandallığının bariz nümunələri olan dağıdılmış binalara baş çəkib, eləcə də xidmətə başlayan sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublar.

Bildirilib ki, nəzarətə götürülmüş ərazilərdə dövlət sərhədinin mühafizəsi yüksək səviyyədə təşkil olunur. Belə ki, gecə və gündüz mərkəzdən idarə olunan, yaxın və uzaq məsafələri yüksək dəqiqliklə müşahidə etməyə imkan verən müasir optik kameralar vasitəsilə qarşı tərəfin postları, dərə boşluqları nəzarətdə saxlanılır.

Ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş leytenant Zamin Vəliyev deyib: “Məlumdur ki, bir neçə gündür Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin növbəti göstərişinə müvafiq olaraq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Dövlət Sərhəd Xidməti tərəfindən müdafiə və mühafizə olunur. Hazırda işğaldan azad olunmuş tarixi torpaqlarımızda sərhədlərimiz mühafizəyə götürülərək qarşıya qoyulmuş tapşırıqlar ən yüksək səviyyədə icra edilir. Vətən sərhədlərinin keşiyində durmaqdan fəxarət hissi keçirən sərhədçilərimiz bu müqəddəs vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmlə çalışacaqlar”.

Hərbi ekspert Ədalət Verdiyev Qazaxın dörd kəndinin 30 ildən çox davam edən işğalının bir neçə gün əvvəl başa çatdığını və Dövlət Sərhəd Xidmətinin hissə və bölmələrinin yeni azad olunan əraziləri tamamilə nəzarətə götürdüyünü xatırladaraq deyib: “Qarşı tərəfin müdafiə qüvvələri sərhədin 12,7 kilometrlik ərazisində tamamilə geri çəkiliblər. Ermənistanın Quru Qoşunlarını hazırda Ermənistanın Sərhəd Xidməti əvəz edib. Həmin əraziləri azad etməyimizin hərbi və mənəvi əhəmiyyəti var. Hərbi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Ordusu bir nəfər də itki vermədi. Sadəcə Ali Baş Komandanın səsləndirdiyi bəyanatdan sonra Ermənistan geri addım ataraq həmin əraziləri Azərbaycana qaytarmağa məcbur oldu. Görünür havadarlarının Ermənistana verdiyi dəstək ciddi imkanlara malik deyilmiş. Biz daha əvvəl də deyirdik ki, Ermənistan Azərbaycanla ikitərəfli formatda problemləri həll etməlidir. Kənar qüvvələrin iştirakı ilə olan görüşlərin heç biri məntiqi sonluğuna varmadı. Amma ikitərəfli formatda həm daha qısa müddətdə, həm də daha ciddi nəticələr əldə olunur ki, bu da Ermənistan üçün daha vacibdir. Çünki təhlükəsizlik konsepsiyası çökən Ermənistandır. Bu gün sərhəd xəttindən 12,7 kilometr geri çəkilən Ermənistan Ordusudur. Yəni Ermənistan Ordusunun bu gün şimal qanadı kəsilib, müdafiə və atəş sistemi tamamilə aradan qalxıb. Onlar geri çəkiliblər və orada artıq eşalonlaşdırılmış quru qoşunları yerləşdirilmir. Sərhəd qoşunları yerləşdirilir ki, onlar da ayrı-ayrı müşahidə və s. məntəqələrdə xidmət aparacaqlar. Yəni səngər sistemi olmayacaq. Digər tərəfdən Azərbaycan İcevan-Tiflis adlanan və yaxud Ermənistan-Gürcüstan magistral yolunu bir neçə istiqamətdə tamamilə vizual nəzarətə götürüb".

Hərbi ekspert bildirib ki, Ermənistanın birgə bəyanatla üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirilməyən hissələri var. Ermənistan həmin öhdəlikləri çox məcbur qaldıqda yerinə yetirməyə meyilli olur: “Bizim gözləntilərimiz odur ki, bu proses davam etməlidir. Kənar qüvvələrin Ermənistanla Azərbaycan sərhədinə müdaxiləsi olmamalıdır. Bizi narahat edən üçüncü məsələ Naxçıvana yolun açılması məsələsidir. O yol açılmadan bu gün Ermənistanın Türkiyə və Azərbaycanla kommunikasiyaları qapalı vəziyyətdə qalmağa davam edəcək. Ermənistanın alternativi yoxdur. Onlar müəyyən ləngitmə zamanını da istifadə ediblər, limit bitib. Sülh bizdən çox Ermənistana lazımdır. Ermənistan istəmirsə, o zaman başqa variantlarımız var. Onların isə heç bir variantı yoxdur”.

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

Avropa Komissiyası “Apple” şirkətini cərimələməyə hazırlaşır

Culian Assanj ABŞ hökuməti ilə razılaşıb

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO VİDEO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır

Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib

Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir

® “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

FHN dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyini diqqətdə saxlayır

Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib