DÜNYA
Kabildə partlayışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
Bakı, 19 aprel, AZƏRTAC
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışlar nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.
AZƏRTAC Aamaj News informasiya agentliyinə istinadla xəbər verir ki, ölüm hallarının çoxu paytaxtın qərbində yerləşən Əbdül Rəhim adına məktəbdə iki ardıcıl partlayış zamanı qeydə alınıb.
“Taliban” hərəkatının formalaşdırdığı təhlükəsizlik idarəsinin nümayəndəsi Xalid Zardan şəhərin qərbində yerləşən təhsil müəssisələrində üç partlayışın baş verdiyini bildirilib.
Kabul News telekanalının şahidlərə istinadla yaydığı məlumata görə, paytaxtdakı partlayışlarda azı 20 məktəbli həlak olub və ya yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.09.2024 [15:47]
“Forbes”: İqlim böhranı məktəblilərə yaxşı təhsil almağa mane olur
- 11.09.2024 [15:19]
"Trump Media" kompaniyasının səhmləri 17 faiz ucuzlaşıb
- 11.09.2024 [14:52]
Türkiyənin Somaliyə araşdırma gəmisi göndərəcəyi tarix açıqlanıb
- 11.09.2024 [14:50]
“SpaceX” açıq kosmosa tarixi turist səyahəti təşkil edib
- 11.09.2024 [14:47]
Vyetnamda qasırğa qurbanlarının sayı 140 nəfəri ötüb
- 11.09.2024 [14:28]
NATO-nun yeni Baş katibi oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq
- 11.09.2024 [14:13]