Kaliforniyada zəlzələdən sonra vəziyyət nəzarətə götürülüb
Bakı, 5 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb ki, hökumət orqanları Kaliforniyada baş verən zəlzələdən sonra vəziyyətə nəzarət edir.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Kaliforniyanın Rickrest şəhərinin meri Peqqi Briden zəlzələdən sonra şəhərdə yanğınlar baş verdiyini bildirib. Bunun qaz kəmərinin zədələnməsi ilə bağlı olduğu güman edilir. Tələfat haqqında məlumat daxil olmayıb. Rickrestin əhalisi təxminən 28 min nəfərdir.
Xatırladaq ki, cümə axşamı ABŞ-ın Kaliforniya ştatında Los-Ancelesdən 195 kilometr məsafədə, Rickrest yaxınlığında 6,4 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib. “Los Angeles Times” qəzetinin yazdığına görə bu, 1994-cü ildən bəri Cənubi Kaliforniyada baş verən ən güclü zəlzələdir. O zaman zəlzələ kütləvi dağıntılara və onlarca insanın ölümünə səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]