KANADA XARİCİ İŞLƏR NAZİRLİYİNİN MÜVƏQQƏTİ BAŞÇISI VƏZİFƏSİNƏ DEVİD EMERSON TƏYİN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Kanada XİN-in müvəqqəti başçısı vəzifəsinə beynəlxalq ticarət naziri və ölkənin Sakit okean sahilboyunun inkişafı məsələləri və Vankuver-Uistlerdə Olimpiya Oyunlarının keçirilməsi üzrə nazir Devid Emerson təyin edilmişdir.
Maksim Bernyeyə məxsus fransızca danışan dövlətlərin işləri üzrə ikinci nazir portfelini müvəqqəti olaraq Kanada irsi məsələləri üzrə nazir xanım Joze Verne almışdır.
M.Bernye mayın 26-da axşam xarici işlər naziri vəzifəsindən istefa vermişdir. Kanadanın Baş naziri Stiven Harperin dediyinə görə, o, Bernyenin məxfi sənədləri onların saxlanması üçün nəzərdə tutulmayan yerdə saxladığını biləndən sonra istefanı qəbul etmişdir.
Kanadanın Baş naziri demişdir: “Məsələ yalnız bu səhvdədir. Bu, nazir vəzifəsini tutan hər kəs üçün olduqca ciddi səhvdir. Nazir səhvin ağırlığını dərhal etiraf etmişdir”. Stiven Harper xüsusi vurğulamışdır ki, istefanın “nazirin şəxsi həyatı ilə heç bir əlaqəsi yoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]