Kanadanın qərbində albalı ağacları çiçək açıb
Bakı, 29 yanvar, AZƏRTAC
Britaniya Kolumbiyasının qərbində yerləşən Vankuver adasında ekstremal isti havalar albalı ağaclarının vaxtından əvvəl çiçəkləməsinə səbəb olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kanada Milli Meteoroloji bürosunun məlumatına əsasən, hazırda adada bahar havası hökm sürür, havanın hərarəti müsbət 6-8 dərəcə arasında dəyişir. Bundan başqa, yanvar ayının son on günü ərzində havanın isti keçməsi səbəbindən Viktoriya şəhərinin sakinləri parklarda albalı ağaclarının çiçək açmasının şahidi olublar. Halbuki ən isti keçən illərdə bu ağaclar fevralın ortalarından sonra çiçək açmağa başlayır.
Sinoptiklər Vankuver adasında anomal isti hava şəraitinin azı bir həftə də davam edəcəyini proqnozlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]