KANN FESTİVALININ FİLMLƏRİ AZƏRBAYCANDA
AZƏRTAC xəbər verir ki, mayın 19-da Azərbaycan Kinematoqrafçılar İttifaqında Avropa Kinosu həftəsi fransız rejissoru Kristian Karionun 2005-ci ildə çəkdiyi “Milad bayramınız mübarək” filminin nümayişi ilə başlanmışdır. Tədbir Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Avropa Komissiyasının Bakı nümayəndəliyinin dəstəyi ilə keçirilir.
Bakı tamaşaçılarına bəşəri, sosial-siyasi dəyərlərə həsr olunmuş filmlər təqdim olunacaqdır. Dövrümüzdə humanizm ideyaları ön plana çəkilir. Bu baxımdan, Bakı tamaşaçısı festivalın filmləri ilə tanış olmaqla yanaşı, son vaxtlar, əsasən, tarixi mövzuya müraciət edən Avropa kinosunu qiymətləndirmək imkanı əldə edəcəkdir.
“Milad bayramınız mübarək” filmi 1914-cü ildə bu bayram ərəfəsində 4 nəfərin başına gələn hadisələrdən bəhs edir. Cəbhə xəttinə düşmüş şotlandiyalı keşiş, fransız leytenantı, alman tenoru və onun sevgilisi alman, ingilis və fransız əsgər və zabitlərinin silahları qoyub bir-birini Milad bayramı münasibətilə təbrik etmək, siqaret və şokoladları ilə bölüşmək üçün səngərlərdən çıxmasının şahidi olurlar.
Həftə çərçivəsində Fransa, Estoniya, Macarıstan, Latviya, Litva, Rumıniya, Belçika, İspaniya, Polşa və Almaniya kinorejissorlarının filmləri nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]