KAPELLHAUSDA “MÜASİR ALMAN MƏDƏNİYYƏTİ” MÖVZUSUNDA SƏRGİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 25-də Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzi Kapellhausda Almaniyanın ölkəmizdəki səfirliyi tərəfindən “Müasir Alman memarlığı” mövzusunda sərginin açılışı olmuşdur.
Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina qədim köklərə malik Alman-Azərbaycan dostluğunun ulu öndər Heydər Əliyev tərəfindən daha da genişləndirildiyini və bu ənənənin indi də davam etdiyini məmnuniyyətlə qeyd etmişdir. Səfir bildirmişdir ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri genişləndikcə xalqlarımızın mədəniyyətlərinin bir-birinə inteqrasiyası daha da güclənəcəkdir. Diplomat qürur hissi ilə vurğulamışdır ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və yaxından köməyi ilə bu əlaqələr daha da genişlənir.
Sərginin açılışında Almaniyanın Aşağı Saksoniya Federal əyalətinin iqtisadiyyat, əmək və nəqliyyat naziri Valter Hirxe Bakı ilə tanışlıqdan məmnun olduğunu qeyd etmiş, azərbaycanlıların qonaqpərvərliyini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki xalq üçün əhəmiyyətlidir. Nazir bu sərginin alman memarları və mühəndislərinin çoxşaxəli fəaliyyətinin bir hissəsi olduğunu vurğulamış, azərbaycanlı iş adamlarını və tikinti mütəxəssislərini Almaniyaya dəvət etmişdir.
Alman mədəniyyətini, iqtisadiyyatını əks etdirən sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]