“Kapital Bank” Respublika Günü münasibətilə kredit aksiyası təqdim edir
Bakı, 1 may, AZƏRTAC
“Kapital Bank” 28 may - Respublika Günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində “Kapital Bank”dan kredit götürən müştərilər hər 3000 AZN kredit üçün cəmi 100 AZN aylıq ödəniş edəcəklər. Üstəlik kredit götürənlərə BirKart hədiyyə olunacaq.
8 500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya mayın 31-dək keçirilir.
Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 - 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqı və təqaüdünü “Kapital Bank”dan alanlara şamil edilir.
Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı - www.kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.kapitalbank.az saytından, 196 Sorğu Mərkəzindən və ya bankın müxtəlif sosial şəbəkələrindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]