Kapital Bankda “Qaynar xətt” yaradılmışdır
Bakı, 22 mart (AZƏRTAC). Keçmiş SSRİ Əmanət Bankında saxlanılan əmanətlərin birdəfəlik ödənməsi ilə bağlı vətəndaşlardan daxil olan sualların cavablandırılması məqsədilə Kapital Bankda “Qaynar xətt” yaradılmışdır.
İndi hər bir vətəndaş iş günləri saat 09.00-dan 18.00-dək (012) 498-84-52 nömrəsinə zəng etməklə onu maraqlandıran suallara cavab ala bilər. Bundan başqa, [email protected] elektron ünvanına məktub göndərməklə də suallara qısa zamanda aydınlıq gətirmək mümkündür. Yaxın günlərdə Kapital Bankın www.kapitalbank.az saytında bu məqsədlə xüsusi bölmə də yaradılacaqdır.
Qeyd edək ki, birdəfəlik ödəmələrin verilməsi prosesi 2012-ci ilin iyunundan 2013-cü ilin dekabrınadəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]