İQTİSADİYYAT
“Kapital bazarlarının müasirləşdirilməsi” layihəsinin məsləhətçi şirkətinin seçilməsi üçün tender prosesinin ilkin mərhələsi başa çatmışdır
Bakı, 22 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq, məsləhətçi şirkətin seçilməsi üçün tender prosesinin ilkin mərhələsi həyata keçirilmişdir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, layihədə iştirakla əlaqədar ABŞ, Almaniya, Fransa, İsveç, Türkiyə, Avstraliya, Yaponiyadan, bütövlükdə 22 inkişaf etmiş ölkədən 46 təşkilatın iştirakı ilə 20 maraqların ifadəsi daxil olmuşdur.
Qiymətləndirmə nəticəsində 6 təşkilat (“Corporate solutions”, “Deloitte & Touche LLC”, “DLA Piper”, “Türkiyə kapital bazarları şurası”, “NASDAQ OMX”, “Adetef”) müəyyən edilmiş və siyahıya salınmışdır.
Növbəti mərhələdə qeyd olunan təşkilatlar öz maliyyə və texniki təkliflərini QKDK-ya təqdim etməlidirlər və bundan sonra layihənin icrası üçün bir təşkilat seçiləcəkdir.