REGİONLAR
Karate üzrə Naxçıvan şəhər açıq birinciliyində 150-dək idmançı iştirak edib









Naxçıvan, 3 mart, AZƏRTAC
Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən yarış Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunub. Birincilikdə 150-dək idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Karate-do Federasiyası tərəfindən birgə təşkil olunan yarış muxtar respublikada karatenin inkişafı və təbliği, bu sahədə kütləviliyin təmin olunması, eləcə də federasiya tərkibində fəaliyyət göstərən klubların işinin təkmilləşdirilməsi məqsədi daşıyıb.
Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi birincilikdə uşaq, yeniyetmə və gənclər (oğlan və qızlar) olmaqla, ümumilikdə 10 yaş qrupu üzrə 20 çəki dərəcəsində görüşlər keçirilib. Yarışı ilk üç sırada tamamlayan idmançılara diplom və medallar təqdim olunub.