SİYASƏT
Karlos Füller: Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə çox mühüm platforma yaradır VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
“Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələr üçün çox mühüm platforma yaradır və buna görə təşəkkür edirik. Düşünürəm ki, biz və müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar bunu dünyanın diqqətinə çatdırmalıdırlar”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Niderlandın müstəmləkəçiliyi altında olan Belizin nümayəndə heyətinin üzvü, Belizin BMT-də daimi və səlahiyyətli səfiri Karlos Füller avqustun 21-də jurnalistlərə müsahibəsində söyləyib.
O bildirib ki, ölkəsi öz müstəqilliyini 1981-ci ildə əldə edib. “Bu çox əziyyətli proses idi. Müstəqilliyimiz uğrunda əzmlə mübarizə aparmışıq və buna 20 ildən sonra nail ola bilmişik. Müstəmləkəçilikdən əziyyət çəkən digər ölkələr və regionlar da öz səslərini ucaltmalıdır”, - deyə Karlos Füller vurğulayıb.