Karlos Qon onun ünvanına səsləndirilən ittihamları əsassız hesab edir
Tokio, 8 yanvar, AZƏRTAC
“Nissan” şirkətinin sabiq rəhbəri Karlos Qon yanvarın 8-də Tokioda keçirilən məhkəmə iclasında bildirib ki, onun ünvanına səsləndirilən ittihamların heç bir əsası yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. K.Qonun sözlərini sitat gətirən agentlik yazır: “Mənə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Mən “Nissan” şirkətinə ziyan vurmamışam. Ömrümün 20 ilini “Nissan”ın bərpasına həsr etmişəm. Mənim günahım yoxdur, həbsdə saxlanmağım isə ədalətsizlikdir. Mən bütün qəlbimlə “Nissan”a sevgi və hörmət bəsləyirəm, tam gücümlə onun bərpasına çalışmışam”. “Nissan”ın sabiq rəhbəri şirkətdən gəlirlərini tam göstərməməsi barədə məlumatı rədd edib. K.Qon deyib ki, prokurorluğun ittihamları səhvdir, qanun pozuntusuna yol verilməyib.
Qeyd edək ki, “Nissan”ın sabiq rəhbəri onun vəkillərinin prokurorlara ünvanladığı həbsin yanvarın 11-dək uzadılması ilə əlaqədar səbəbləri göstərmək barədə tələbindən sonra Tokio məhkəməsində ilk dəfə çıxış edib. Eyni zamanda, o, həbs olunduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Xatırladaq ki, “Nissan” şirkətinin sabiq rəhbəri və onun köməkçisi Qreq Kelli noyabrın 19-da həbs olunublar. Dekabrın 25-də Q.Kelli girov müqabilində azad edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]