KEÇƏN İL DÜNYADA 14 MİNDƏN ÇOX TERROR AKTI TÖRƏDİLMİŞ VƏ ONLARDAN ƏN ÇOX MÜSƏLMANLAR ZƏRƏR ÇƏKMİŞLƏR
Ən yüksək səviyyələrdə çox ciddi təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, dünyada terror aktlarının sayı ildən-ilə artır və onlardan ən çox müsəlmanlar zərər çəkirlər. Terror aktları nəticəsində ölənlərin və xəsarət alanların yarısı müsəlmanların payına düşmüşdür. Bu bir yana, keçən il terrorçular 350 məscidə hücum etmişlər, ən çox da İraqda.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət Departamentinin terrorizm haqqında yayılmış illik məruzəsində deyildiyinə görə, 2006-cı ildə öldürülən və yaralananlar arasında 1,8 min uşaq var ki, bu da əvvəlki ildəkindən 80 faiz çoxdur.
Məruzənin müəllifləri bildirirlər ki, məmur, müəllim və jurnalist peşələri terrorizm baxımından xüsusilə təhlükəlidir, çünki terrorçular ən çox onları məhv etməyə çalışırlar.
2006-cı ildə dünyada 14 338 (2005-ci ildə 11 153) terror aktı törədilmiş və onların nəticəsində 20 498 (2005-ci ildə - 14 618) nəfər həlak olmuşdur. Bu baxımdan İraq ən təhlükəli ölkə olaraq qalır. Bütün terror aktlarının 45 faizi burada qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [14:39]
“Jaguar Land Rover” 4 min iş yerini ixtisar edəcək
- 07.09.2026 [13:50]
Türkiyədə sahəsi 100 kvadratmetrdən çox olan qədim mozaika aşkarlanıb VİDEO
- 07.09.2026 [13:42]
Britaniya hökuməti Portsmutdakı miqrant əleyhinə etirazları pisləyib
- 07.09.2026 [13:32]