Kəlbəcər rayonunun təhsil işçiləri ötən tədris ilində bir sıra uğurlara nail olmuşlar
Gəncə, 13 sentyabr (AZƏRTAC). Gəncədə məskunlaşan Kəlbəcər Rayon Təhsil Şöbəsində ötən tədris ilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə təhsilin inkişafı ilə bağlı ölkəmizdə, o cümlədən kəlbəcərlilərin müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrində həyata keçirilən işlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, son illər Bakı şəhərində, Abşeron, Binəqədi, Göygöl və digər rayonlarda yeni məktəblər və əlavə tədris korpusları tikilmiş, bir çox məktəblər əsaslı təmir edilmişdir. Göstərilən qayğının nəticəsidir ki, test imtahanlarında yüksək bal toplayan kəlbəcərlilərin sayı ilbəil artır. Bu il ali məktəblərə qəbul üçün 420 nəfər sənəd vermiş, onlardan 296-sı tələbə adını almışdır. Məzunlardan 8 nəfəri 700-ə qədər, 34 nəfər isə 500-dən çox bal toplamışdır.
Müşavirənin sonunda yüksək bal toplayaraq ali məktəblərə daxil olan məzunlara pul mükafatları verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]