CƏMİYYƏT
Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər Gəncədə xəstəxanaya təxliyə olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 14-də Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, dekabrın 15-də saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub.
Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir.
Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub.