Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edilib

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan daha bir neçə nəfər həbs edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanılaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, istintaqla Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına, habelə vergilərin ödənilməsindən yayınmasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Kərimov Vasif Həsənxan oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı xəsarət almış I qrup əlillik dərəcəsi olan şəxslərin - Nemət Yalçın Oqtay oğlunun və Askarov Şəmistan Kidır oğlunun adlarına qeydiyyata alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrindən istifadə etməklə apardığı sahibkarlıq fəaliyyəti zamanı konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 19 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 33 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmaması və 3 milyon manatdan artıq vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edildiyindən Vasif Kərimov təqsirləndirilən şəxs qismində cəlb olunub və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə “Şam-Od” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 1,5 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 2,5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Təhməzov Şamil Kamil oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Bakı şəhəri Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə “Ay&su” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5,1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Aslanova Aysel Əbilfət qızı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələrilə istintaq edilən cinayət işi üzrə *“Exspressagro” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2,3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,9 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Toğrul Elşən oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə “Fruit” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bədəlov Asif Maarif oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb

Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib

Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib

Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər

® “Ziraat Bank Azərbaycan” 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb

Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb

Bakıda unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama aparılıb

Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir

Almaniyalı həkim AfD-yə 1,5 milyon avro məbləğində ianə edib

Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumu keçiriləcək

Siqaret hər il İsraildə 8 min insanın ölümünə səbəb olur

Britaniya hökumətinin borclanması gözlənilmədən artıb

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb

Böyük Britaniyada güclü “Eowyn” qasırğası gözlənilir

Ov mövsümü açıq elan edilib

“Azərbaycan kitab sənayesi sahəsində mövcud reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Ordusunun iki zabiti Çin Hərbi Akademiyasının kursunu uğurla bitirib

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstan ordusunun sıralarında ehtiyatda olan hərbçilər qulluq edəcək

Şımkent-Bakı aviareysinin açılması planlaşdırılır

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ötən il 264 tədqiqat işi icra olunub

27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub

Misirdə 5 min ildən sonra ilk dəfə görünən xallı kaftar çobanlar tərəfindən öldürülüb

Mütəxəssis: Meymunçiçəyi xəstəliyi yüngül gedişatlı olur

Cəlilabadda məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir

BDU-nun professoru Azərbaycanda ilk dəfə diplomatik-siyasi ensiklopediya nəşr etdirib

Tanınmış ədəbiyyatşünas-alim haqqında kitab nəşr olunub

İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib

“Avroviziya-2025”in aparıcılarının adları elan olunub

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

“Fənərbağça” PSJ-nin futbolçusu ilə anlaşıb

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib

ADAU yeməli göbələklərin birgə tədqiqi istiqamətində Çinin ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək

ABŞ-da anomal soyuq hava 10 nəfərin həyatına son qoyub

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək

BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır

Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib

Ukrayna millisinin hücumçusu “Trabzonspor”a keçib

Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan qəzetləri arasında birgə layihələrə dair razılıq əldə olunub

Kolleksiyaçı Əmir Oskoui: Azərbaycan xalçaları dünya kolleksiyaçıları üçün çox qiymətlidir

66 saylı Saatlı seçki dairəsi üzrə maarifləndirici treninqlər 282 komissiya üzvünü əhatə edir

Avropa İttifaqı indiyədək Ukrayna üçün 134 milyard avro xərcləyib

“Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” - konfrans

İtaliya Prezidenti türkiyəli həmkarına başsağlığı verib

Göyçayda tələbələrin zəhərlənmə şübhəsi ilə əlaqədar araşdırmalar aparılır

Cənubi Koreyada 9 ildə ilk dəfə olaraq doğum səviyyəsi artıb

Rusiya Dövlət Dumasında şair Mixail Lermontovun qətlinin araşdırılmasına çağırış edilib

Muzeydə “Yusif Ziya Talıbzadə – 148, türkçülüyün unudulmayan şəxsiyyəti” adlı tədbir təşkil edilib

Media: Tramp Ukrayna münaqişəsini 100 günə həll etməyi tapşırıb

DSMF: Ötən il 251 minə yaxın təyinat proaktiv qaydada aparılıb

Baş Prokurorluq: Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 54,4 milyon dollar ölkəyə qaytarılıb

Panama BMT-yə şikayət məktubu ünvanlayıb

Sarayevo dünyanın ən çirkli havasına malik şəhərləri siyahısına başçılıq edir

® Yanvarın 26-da keçiriləcək möhtəşəm Access Body təlimində siz də iştirak edin

Hindistanda iki yol qəzasında 13 nəfər həlak olub

Şəmkirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Gəncə Dövlət Universiteti “Times Higher Education” reytinqində yer alıb

Şöbə müdiri: İqlim dəyişmələrinin törətdiyi qlobal istiləşmə bəşəriyyəti narahat edən ən ciddi problemlərdən biridir

Hicran Hüseynova: Valideynlərini itirmiş uşaqlar orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin ediləcək

Qurban Qurbanov: Rəqibimiz xırda səhvləri bağışlamayan komandadır VİDEO

Elvin Cəfərquliyev: Rumıniya klubu ilə oyunda qələbə üçün əlimdən gələni edəcəyəm VİDEO

21 saylı Nəsimi-Binəqədi seçki dairəsində treninqlər başa çatıb

İqlim dəyişmələrinin sağlamlığa təsirini minimuma endirmək üçün qlobal səylər vacibdir

Ötən il zavodlarda 1088 gəmi təmir olunaraq yenidən istismara qaytarılıb

Türkiyənin ölkəmizdəki səfiri Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21 faiz artıb

“Ulduz” jurnalının xüsusi buraxılışı Ankarada çap olunub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb VİDEO

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qarşılamağa hazırlaşır FOTO VİDEO

Donald Trampın baxış bucağı ilə Azərbaycanın təşviq etdiyi dəyərlər arasında paralellər çoxdur ŞƏRH

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

Yevlaxda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edilib

Riçard Almeyda: İnanıram ki, Juninyo Braziliyada bir çox insanı yaxşı mənada təəccübləndirəcək

İqlim dəyişmələrinin sağlamlığa təsirlərinə qarşı vaxtında müdaxilə etmək böyük əhəmiyyət daşıyır

Türkiyənin 43 əyalətində terrorçuluqda şübhəli bilinən 240 nəfər saxlanılıb

Gündara Nurimova: İqlim dəyişmələrinin sağlamlığa mənfi təsirinin qarşısını alan sənədlər hazırlanmalıdır

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

"Borussiya Dortmund" Nuri Şahinlə yollarını ayırıb

Şəkidə aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

Ballıcada rahat və təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb

“Politico”: Brüssel və London Vaşinqtonla mümkün ticarət müharibəsinə hazırlaşır

AMB sədri: Uçot dərəcəsinin azaldılması ilə bağlı qərara yenidən baxa bilərik

Tramp süni intellektin inkişafı üzrə 500 milyard dollar dəyərində layihənin icrasının başlandığını elan edib

Bakıdakı Dünya Kubokunda 38 ölkənin idman gimnastı yarışacaq

Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat toplanıb, proses davam edir

Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbuluna başlanılır

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir ŞƏRH

“Qarabağ”ın futbolçusu: Juninyo Braziliya çempionatında özünü sübut etmək üçün çox motivasiyalıdır

Qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

Qırğızıstan parlamentarisi: İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir

Kolumbiyada silahlı toqquşmalar nəticəsində 30 min insan evini tərk edib

Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq

Vedat Bilgin: İqlim dəyişikliyi və sağlamlıq məsələləri fövqəladə haldır