KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AQRAR SEKTORUN UZUNMÜDDƏTLİ İNKİŞAF STRATEGİYASINI HAZIRLAMIŞDIR
Kənd təsərrüfatı naziri İsmət Abasov AZƏRTAC-a bildirmişdir ki, qurum tərəfindən aqrar sektorun uzunmüddətli inkişafı ilə bağlı strategiya hazırlanaraq ötən il Nazirlər Kabinetinə təqdim edilmişdir.
Növbəti beş il üçün hazırlanmış bu sənəd, daha da təkmilləşdirilmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına - İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə göndərilmişdir. Verilmiş təklif və rəylərin əsasında bu strategiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yenidən hazırlanmış və təzədən Nazirlər Kabinetinə təqdim edilmişdir.
Nazir yaxın zamanlarda həmin sənədin təsdiq olunacağına inandığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]