Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Əsasnamələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 65 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Əsasnamələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 65 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 311 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 iyun 2024-cü il

№ 298

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin