Kitabxanaçılar azyaşlı oxucuları yeni alınan uşaq ədəbiyyatları ilə tanış ediblər

Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları azyaşlı oxucuları yeni uşaq ədəbiyyatları ilə tanış ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, açıq havada uşaqlara nümayiş etdirilən yeni nəşrlərdə hekayələr, şeirlər, tapmacalar və nağıllar toplanıb. Kitabxananın əməkdaşı Səidə Rəcəbova uşaqlara Azərbaycanın məşhur nağıl qəhrəmanlarına aid suallar verib, uşaqlar onların adlarını sadalayıb. Sonra o, oxucuları Nizami Gəncəvinin “Slavyan gözəlinin hekayəti” adlı nağıl kitabı ilə tanış edib. Kitabxanaçılar Dilşad Əliyeva və Aytən Məmmədova oxuculara Rəsul Rzanın “Çöl quşları”, Sabir Məmmədzadənin “Nənəmin nağılı” adlı kitabları haqqında məlumat verib.
Kitabxanaçı Lamiyə Quluzadə kiçikyaşlı oxucuları dünya xalqlarının nağılları silsiləsindən olan “Belarus uşaq ədəbiyyatı antologiyası”, “Boz pişik və Qara pişik” (Başqırd xalq nağılı) ilə tanış edib, onlara bu kitablarda yer alan müxtəlif animasiya təsvirlərini və əlvan fotoları təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [15:33]
“Türk dünyasının Bəxtiyarı” – qiraət müsabiqəsinin seçim mərhələsi başlanıb
- 16.05.2025 [15:17]
Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd edilib
- 16.05.2025 [12:44]
Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 16.05.2025 [11:43]
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun növbəti uğuru
- 16.05.2025 [11:23]
Azərbaycan rəssamı Soltan Soltanlının əsəri finalçılar sırasında
- 16.05.2025 [10:40]