MƏDƏNİYYƏT
Kitabxanada “Qazi atanın şəhid oğlu” adlı tədbir təşkil olunub












Bakı, 12 sentyabr, AZƏRTAC
Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında qazi Məmmədov Əbdül Cəlal oğlunun və Aprel döyüşlərində şəhid olan Məmmədov Rasim Əbdül oğlunun xatirəsinə həsr olunmuş "Qazi atanın şəhid oğlu" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, çoxsaylı şəhid ailələrinin və digər qonaqların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Xətai rayon MKS-nin uşaq şöbəsinin müdiri Təranə Quliyeva tərəfindən qazi atanın və şəhid oğulun şərəfli ömür, eləcə də döyüş yolları haqqında qonaqlara məlumat verilib.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və digər qonaqlar ölməz şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb və vətənimizin azadlığı, ərazi bütövlüyümüzün qorunması naminə canını fəda edən oğullarımızın heç zaman unudulmayacağını bildiriblər.
Tədbirin bədi hissəsində vətənpərvər mövzuda şeirlər səsləndirilib.