Kiyev Donald Trampın Odessanın Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır

Bakı, 18 mart, AZƏRTAC
Volodimir Zelenskinin köməkçiləri ABŞ Prezidenti Donald Trampın Odessa şəhərinin Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə bu gün gözlənilən telefon danışığından öncə rusiyalı həmkarı ilə “əraziləri” müzakirə etməyi planlaşdırdığını bildirib.
Birləşmiş Ştatların dövlət başçısı konkret hansı bölgələrdən bəhs etdiyini açıqlamasa da, Ağ ev Moskvanın ərazilərə nəzarəti əlində saxlaya biləcəyini aydın şəkildə vurğulayıb. Volodimir Zelenskinin köməkçiləri isə Donald Trampın Ukraynanın digər bölgələrində, o cümlədən Odessa limanında Vladimir Putinin istəklərinə boyun əyə biləcəyindən narahatdır.
Qeyd edək ki, bir müddət öncə “Semafor” portalı Donald Tramp administrasiyasının Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanmasına dair razılaşmanın bir hissəsi kimi Krımın rəsmi Rusiya ərazisi olaraq tanınmasını nəzərdən keçirdiyini yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2025 [18:30]
Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb
- 26.04.2025 [16:54]
Çexiyada qızıl xəzinəsi tapılıb
- 26.04.2025 [16:38]
Roma Papası dəfn edilib
- 26.04.2025 [16:16]
Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik
- 26.04.2025 [14:20]
Zelenski və Tramp Romada görüşüblər
Çexiyada qızıl xəzinəsi tapılıb
- [16:54]
Roma Papası dəfn edilib
- [16:38]
Bir yazıçı ömrünün manifesti...
- [09:00]
Sabirabadda yol qəzası olub, piyada ölüb
- 25.04.2025 [23:38]
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
- 25.04.2025 [23:14]
Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib
- 25.04.2025 [22:50]