Kiyevdə Beynəlxalq Tələbə Yığıncağında Azərbaycan guşəsi təqdim olunub
Kiyev, 29 aprel, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə keçirilən Beynəlxalq Tələbə Yığıncağı çərçivəsində Azərbaycan guşəsi təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Ukraynada təhsil alan digər ölkələrin tələbələri ilə yanaşı azərbaycanlı tələbələr də qatılıb. İslam Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan guşəsinin hazırlanmasında jurnalist Marina Gonçaruk yaxından iştirak edib. Azərbaycan guşəsində ölkəmizə aid ədəbiyyat, hədiyyələr, məişət əşyaları nümayiş olunub.
Tədbirdə azərbaycanlı şair Şəhriyar del Gerani, Ukrayna Yazarlar Assosiasiyasının vitse-prezidenti Lyudmila Dyadçenko və Ukraynanın televiziya aparıcısı Aynurə Əliyeva çıxış ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev