Kiyevə ballistik raket hücumu olub – AZƏRTAC hadisə yerindən xəbər verir FOTO VİDEO




Kiyev, 12 fevral, AZƏRTAC
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə etdiyi ballistik raket hücumu nəticəsində şəhərin mərkəzi hissələrində dağıntılar baş verib.
AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin məlumatına görə, zərərsizləşdirilmiş ballistik raketlərin qalıqları Kiyevin bir neçə inzibati binasını dağıdıb. Nəticədə azı bir mülki şəxs həlak olub, 4-ü xəsarət alıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, Kiyev səmasında 6 "İskəndər-M" ballistik raketi vurulub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev