KİYEVİN MERİ SEÇKİLƏRİNDƏ ŞƏHƏRİN HAZIRKI BAŞÇISI LEONİD ÇERNOVETSKİ LİDERDİR
AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, mayın 27-də Ərazi Seçki Komissiyasına (ƏSK) Kiyev Soveti deputatlarının seçkiləri üzrə 1026 məntəqədən 910-dan səsvermənin nəticələri daxil olmuşdur.
Leonid Çernovetski Bloku 30,40 faiz, Yuliya Timoşenko Bloku (YTB) 22,82 faiz, Vitali Kliçko Bloku 10,58 faiz, Vladimir Litvin Bloku (VLB) 8,21 faiz, Kiyevin Vətəndaş Aktivi 5,91 faiz, Regionlar Partiyasının Kiyev şəhər bölməsi 3,97 faiz, Nikolay Katerinçuk Bloku 3,45 faiz səs toplamışlar.
Digər partiya və blokların hər birinə 3 faizdən az səs verilmişdir.
Kiyev meri seçkiləri üzrə ƏSK-ya 656 məntəqədən daxil olan səsvermənin nəticələrinə görə, hazırkı mer Leonid Çernovetski 36,88 faiz, Aleksandr Turçinov (YTB) 18,72 faiz, Vitali Kliçko 17,63 faiz, Viktor Pilipişin (VLB) 6,66 faiz, Nikolay Katerinçuk 4,34 faiz, Kiyevin sabiq meri Aleksandr Omelçenko 2,50 faiz səs toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]