KLASSİK MUSİQİ GECƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Xəzər Universitetinin Dünya konsert salonunda Azərbaycan Demokratik Respublikası (ADR) yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcəkdir.
İki hissədən ibarət olacaq konsertin əsas məqsədi milli mədəniyyətimizin, klassik musiqimizin, mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunması və təbliğ edilməsidir.
Layihənin birinci hissəsi Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Azər Dadaşov və başqa klassik Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət olacaqdır. İkinci hissədə isə Ruhin İsmayılov, Fərid Nağızadə, Azər Əsgərov, Tural Məmmədli və digər gənclərin ifaları dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]