Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“İslam dünyasının və Azərbaycanın klassik poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək yolu” kimi” - konfrans

Bakı, 28 noyabr, AZƏRTAC

“Başa çatmaqda olan 2023-cü il bir çox yubileylərlə yadda qalır. İlk növbədə, 2023-cü il xalqımızın yaddaşında “Heydər Əliyev İli” kimi qalacaq. Ulu Öndərin anadan olmasının 100 illik yubileyi ölkə miqyasında və onun hüdudlarından kənarda qeyd edilir. Ümummilli Liderin mübarizə dolu ömür yoluna baxış Azərbaycan insanının gələcək fəaliyyət istiqamətini də bir növ müəyyənləşdirdi. Heydər Əliyev Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini, tarixini çox sevən bir insan idi. Onun Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə bir çox görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunub. Ulu Öndər böyük şəxsiyyətlərin yubileylərinin ölkəmizdə və xaricdə qeyd olunmasına həm də Azərbaycanı daha artıq tanıtmaq, ölkəmizin böyüklüyünü, mədəniyyətini daha bariz şəkildə nümayiş etdirmək imkanı kimi baxırdı”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri noyabrın 28-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “İslam dünyasının və Azərbaycanın klassik poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək yolu” kimi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində muzeyin baş direktoru akademik Rafael Hüseynov söyləyib.

Akademik beynəlxalq konfransın Azərbaycanın üç böyük şəxsiyyətinin - Səfiəddin Urməvinin 825, Əbdülqadir Marağayinin 670, Mir Möhsün Nəvvabın isə 190 illik yubileylərinə həsr olunduğunu söyləyib. Konfransın elmi əhəmiyyətini vurğulayan Rafael Hüseynov bildirib ki, bu il yubileyləri qeyd olunan insanların hər biri Azərbaycan tarixində qalan, Azərbaycan zəkasının gücünü nümayiş etdirən şəxsiyyətlərdir: “Bu şəxsiyyətlərin yaradıcılıqları, qoyduqları irs bu gün də yaşayır və gələcək üçün də əhəmiyyətini saxlamaqdadır. Səfiəddin Urməvi XIII əsrdə ərəb dilində musiqişünaslıq risalələri yaradıb. Həmin əsərlər üstündən əsrlər keçsə də, bir çox Avropa dillərinə tərcümə edilib, yayılıb, tədqiq olunub. Azərbaycanda Səfiəddin Urməvi yaradıcılığına ilk dəfə elmi istiqamətdə nəzər yetirən böyük musiqişünasımız Əfrasiyab Bədəlbəyli olub. Ə.Bədəlbəyli öz tədqiqatında S.Urməvini Azərbaycan elmi ictimaiyyətinə, geniş kütləyə ilk dəfə təqdim edirdi. Ə.Bədəlbəyliyədək musiqimizin bu qatına nəzər yetirən yox idi”.

“Şərq musiqişünaslığının təməlində dayanan türk alimləridir”, - deyən R.Hüseynov Əbunəsr Fərabinin, Səfiəddin Urməvinin və Əbdülqadir Marağayinin də mənşə etibarilə türk olduqlarını qeyd edib. Vurğulayıb ki, məhz onlar nəzəri təməlləri yaradıb və bu təməllərin üzərində böyük irs meydana gəlib.

Konfransa digər ölkələrdən də materialların təqdim edildiyini deyən baş direktor beynəlxalq tədbirin materiallarının toplu halında dərc olunacağını diqqətə çatdırıb.

Tədbirdə Əbdülqadir Marağayinin “Naxış bəstə” əsəri səsləndirilib.

Daha sonra konfransda akademik Rafael Hüseynovun “Müsəlman Şərqi ədəbiyyatı və musiqişünaslığında Azərbaycan məktəbləri” mövzusunda məruzəsi dinlənilib. Azərbaycanın orta əsrlərdə yaşamış görkəmli şəxsiyyətlərinin, alim və mütəfəkkirlərinin yaradıcılığından, ədəbi irsindən söz açan akademik bu insanların hər birinin dövrünün tanınmış nümayəndəsi olmaqla bərabər, özlərindən sonra böyük bir məktəb, model, istiqamət yaratdıqlarını qeyd edib. O, bu şəxsiyyətlərin ədəbi irsinin, məktəbinin dünya miqyasında elmi təfəkkürün inkişafına böyük təsir göstərdiyini bildirib.

Əbdülqədir Marağayinin zəngin yaradıcılığından söz açan akademik bu böyük şəxsiyyətin musiqişünaslıqda yaratdığı məktəbdən və onun istiqamətlərindən də bəhs edib.

Konfransın plenar iclasında Bakı Dövlət Universitetinin dosenti Əsmətxanım Məmmədova “Səs təqlidi leksemlər və idiofonlar söz yaradıcılığı müstəvisində”, professor Şəfəq Əlibəyli “Məhəmməd Füzuli nəzmində musiqi alətləri akustik obrazlarının funksional-stilistik xüsusiyyətləri”, professor Kamil Allahyarov “İslamda musiqinin qadağan olunma səbəblərinə dair” və filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Əbdülqadir Marağayinin əsərlərinin müasir musiqişünaslıqda tətbiqi” mövzusunda məruzələrlə çıxış ediblər.

Beynəlxalq konfrans işini bölmə iclası ilə davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar

“Qəbələ” komandasının yeni baş məşqçisi məlum olub

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı məğlub edərək liderliyini möhkəmləndirib

Zelenski: Ukrayna Rusiyaya qarşı müharibədə 31 min hərbçi itirib

Federasiya prezidenti: Azərbaycanda basketbol inkişaf edir

Azərbaycan basketbol yığmasının kapitanı: Hər bir komandaya qalib gəlmək gücündəyik

Texas Nümayəndələr Palatası Xocalı soyqırımına dair bəyannamə imzalayıb

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsi ziyarət olunub

Azərbaycan Premyer Liqası: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

Deputat: Terror və digər xalqlara nifrət Ermənistanın dövlət siyasətidir

Gümüş medal qazanan gimnast: İnanılmaz qürur hissi keçirirəm

2017-ci il fevral şəhidlərinin xatirəsi anılıb

Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat çempionatı keçirilib

Tahir Baxşıyev: Basketbolçularımla qürur duyuram

İtaliya nəşrində ermənilərin Xocalıda törətdikləri soyqırımı cinayətlərindən bəhs edilib

Xocalı soyqırımının qurbanları İstanbulda yad edilib

"HONOR"dan “MWC 2024”də yenilik

“Yıldız Çocuklar” layihəsinin final mərhələsində 40-a yaxın uşaq bacarıqlarını nümayiş etdirib VİDEO

“Qarabağ” UEFA reytinqində irəliləyib

Dünya Kubokunun qalibi: Portuqaliyalı rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən

Azərbaycan basketbol millisi seçmə mərhələnin ikinci oyununda Kosovo yığmasını məğlub edib

Denis Şmıqal: Ukrayna ərazilərinin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək

Krakovda Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib

Cənubi Afrikada avtobusun aşması nəticəsində 8 nəfər ölüb

Manisada Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Ukrayna ABŞ Konqresi ilə əməkdaşlığını yeni mərhələyə qaldırmaq istəyir

İtaliya saytı Xocalı soyqırımından yazıb

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

“Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb

Lerikdə "Toyota" markalı avtomobil çaya aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Rustem Umerov: Silahların yarısı Ukraynaya vaxtında çatmadığından cəbhədə problem yaranır

Şotlandiya universitetində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda qızıl və gümüş medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Tanzaniyada baş verən yol qəzasında 15 nəfər ölüb

Ukraynanın müdafiə sənayesinin imkanları 2023-cü ildə bir il öncəyə nisbətən altı dəfə çox olub

Həvəskar xizək yarışının qalibləri bəlli olub

Fatma Yıldırım: Xocalı faciəsinin qurbanlarının, şəhidlərinin ruhu indi şaddır

Lukaşenko: Belarusda hökuməti devirmək üçün heç bir variant işləməyəcək

Yaponiya hökuməti Noto bölgəsinin bərpası üçün əlavə 665 milyon dollar xərcləyəcək

Hava proqnozu: sulu qar və qar yağacaq, yollar buz bağlayacaq

Lukaşenko: Minsk Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir müraciət almayıb

Xocalı sakini: Faciə qəlbimizdə sağalmaz yaralar, düşüncəmizdə silinməz izlər qoyub

Belarus tarixində ilk dəfə vahid səsvermə keçirilir

Adil Əliyev: Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir

Ağsuda polisə 10 ədəd odlu silah könüllü təhvil verilib

Cavanşir Feyziyev: Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş ən ağır cinayətdir

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

Soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar – AZƏRTAC Xocalıdan xəbər verir VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

Atasının ölümündə şübhəli bilinən şəxs tutulub

Azərbaycan basketbol millisi seçmə mərhələdə ikinci oyununu keçirəcək

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Çində 5,7 bal gücündə zəlzələ qeydə alınıb

CNN: Tramp Cənubi Karolina ştatında keçirilən praymerizin qalibi olub

London və Edinburq şəhərlərində Xocalı faciəsinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib

Bosniyalılar Türkiyəni ölkənin ən yaxın dostu kimi görürlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyədə silsilə tədbirlərlə anılır

İtaliya Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayıb

NYT: Ukrayna 2024-cü ildə ən yaxşı halda özünü müdafiə edə bilər

Mario Draqi Avropa ölkələrini böyük sərmayə yatırmağa çağırıb

İsti su içmək orqanizm üçün faydalıdır - Araşdırma

ECOWAS Nigerə qarşı sanksiyaları ləğv edib

Abbas Abbasov: Təzyiqlər Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə zərrə qədər mənfi təsir göstərməyəcək

İtaliyada Olimpiya Oyunlarının keçirilməsi üçün 500 qədim ağac kəsiləcək

Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirilib

Tramp: Seçkidə qalib gələrəmsə, miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

Misir Qəzzanın cənubunda və mərkəzində iki qaçqın düşərgəsi yaradır

Filarmoniyanın səhnəsində musiqili tədbir: “Şam İşığında Üzüklərin Əfəndisi”

Alan Antuan Simoni: Oğlum Fransa polisi tərəfindən terrorçu münasibətə məruz qalıb

BMT: Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var

Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb, 25 nəfər təxliyə edilib YENİLƏNİB

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı qurbanlarının xatirəsi anılıb

Laçın yenidən ağ örpəyə bürünür VİDEO

Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub

Bakıda voleybol üzrə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib

Muxtar respublikanın yubileyinə həsr olunmuş şahmat üzrə yoldaşlıq görüşü təşkil ediləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub

Türkiyə Superliqası: “Fənərbağça” “Kasımpaşa”ya qalib gələrək liderliyə yüksəlib

Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının Brüsseldə təsis konfransı keçirilib

Azərbaycan gimnastı Rumıniyada bürünc medal əldə edib

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda konfransın iştirakçıları Fransa Prezidentinə məktub ünvanlayıblar

Azərbaycan gimnastı dünya kubokunda qızıl medal qazanıb

Nazir: Dəmir yolları Türkiyə hökumətinin nəqliyyat sahəsində prioritetidir

Almaniya və Ukraynanın xarici işlər nazirləri Odessaya gəliblər

Göyçayda tədbir: “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!”

Yubiley turnirinin qalibləri məlum olub

Müdafiə Nazirliyi: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır

Azərbaycan Premyer Liqası: “Səbail” “Sabah”a qalib gəlib

Azərbaycan İƏT-in İstanbulda keçirilən nazirlər konfransının sessiyasında təmsil olunub

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb YENİLƏNİB VİDEO

Dörd il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub

Azərbaycan gimnastları beynəlxalq turnirdə gümüş medal qazanıblar