KÖHNƏ KİNOLENTİN İKİNCİ HƏYATI
AZƏRTAC xəbər verir ki, mayın 29-da “İbrus” teatrının kino salonunda kinorejissor Rəşid Atamalıbəyovun 1962-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş və yenidən bərpa edilmiş “Payız konserti” musiqili filminin nümayişi olacaqdır.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev demişdir ki, kinolentin texniki vəziyyəti acınacaqlı idi. Film, əslində, tamaşaçılar üçün itirilmiş hesab olunurdu. Lakin moskvalı mütəxəssislər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə filmi bərpa edə bilmişlər. Hazırda onu böyük ekrana buraxmaq imkanı vardır.
Filmdə baş rollarda xalq artistləri Nəsibə Zeynalova, Şövkət Ələkbərova, Müslüm Maqomayev, Lütfiyar İmanov, Rauf Atakişiyev və musiqi sənətimizin digər korifeyləri çəkilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]