SİYASƏT
Konqo Demokratik Respublikası hökumətinin başçısı COP29-un keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Bakı, 13 noyabr, AZƏRTAC
Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
“Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma, ilk növbədə, biz nəticələr əldə etməliyik”, - deyən Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb.