Konqoda Ebola virusu səbəbindən həlak olanların sayı 950 nəfəri ötüb
Bakı, 30 aprel, AZƏRTAC
Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından bəri Ebola virusu səbəbindən həlak olanların sayı 950 nəfəri keçib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 2019-cu il aprelin 29-na olan məlumata əsasən, Ebola virusuna ümumilikdə 1466 nəfər yoluxub, 1400 diaqnoz təsdiqlənib. Onlardan 957 nəfəri həlak olub, 411 nəfər isə müalicə edilib.
Yoluxucu Ebola virusu insanlarda və bəzi heyvan növlərində rast gəlinən kəskin infeksiya xəstəliyinə səbəb olur. 2015-ci ildə Qərbi Afrikanın əsasən 3 ölkəsində - Qvineya, Serra-Leone və Liberiyada baş qaldırmış virus 13 min insanın həyatına son qoymuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]