SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Xəlilov Xəlil Vahab oğlunun şikayətinə baxaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il dekabrın 17-nə təyin edilmiş iclasında baxılacaqdır.