“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilib - YENİLƏNİB VİDEO







Bakı, 16 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Partiyanın Səbail rayon təşkilatı üzrə Ü.Hacıbəyov 84/5 ərazi ilk partiya təşkilatının sədri Məhəmməd Nooyev çıxış ediblər. 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti vurğulanıb, bu təşəbbüsün xalqımızın hüquq və azadlıqlarının qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və vətəndaşların konstitusiya dəyərlərinə bağlılığının gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən təşkil edilmiş tədbirlərdə fəal iştirakına görə bir sıra partiya üzvləri fəxri fərmanlarla təltif edilib, eləcə də partiyaya yeni üzv olan nümayəndələrə üzvlük vəsiqələri təqdim olunub.