KOREYA VƏ AZƏRBAYCAN ŞİRKƏTLƏRİ DANIŞIQLARA BAŞLAYIR
AZƏRTAC xəbər verir ki, Bakıda yenicə fəaliyyətə başlamış Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) iyunun 2-də “Ambassador” mehmanxanasında Koreya və Azərbaycan şirkətləri arasında işgüzar danışıqlar təşkil edəcəkdir.
Bu məqsədlə dost ölkənin 7 şirkətinin, o cümlədən LG Chemicals, Intraros, Seyong, DsKor Machine Co şirkətlərinin təmsilçiləri Bakıya gələcəklər.
Danışıqlar maşınqayırma sənayesini, ehtiyat hissələri, yüngül sənaye avadanlıqları, kosmetik məhsullar, tibb ləvazimatları və plastik pəncərə çərçivələri istehsalı sahələrini əhatə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]