KOREYANIN KOTRA TƏŞKİLATI BAKIDA NÜMAYƏNDƏLİYİNİ AÇACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 19-da Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakı nümayəndəliyi açılacaqdır.
Tədbirdə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev, Koreya Respublikası bilik iqtisadiyyatı nazirinin müavini Li Cey Hun, Koreya Ticarət və Sənaye Palatasının rəhbəri Sanq Yeol Kim, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov, KOTRA-nın xarici investisiyalar üzrə vitse-prezidenti Kyunqsun Min, AtaHoldinq şirkətinin rəhbərliyi və başqaları iştirak edəcəklər.
Koreya Respublikasının dövlət təşkilatı olan KOTRA 1962-ci ildə yaradılmış və ölkənin ixracyönümlü iqtisadiyyatının inkişafına böyük təkan vermişdir. Hazırda bu agentlik 100-dən çox xarici nümayəndəliklərdən ibarət qlobal təşviqat şəbəkəsinə malikdir. Təşkilatın əsas vəzifələri ticarət və investisiyalara yardım, xarici bazarların öyrənilməsi və biznes tərəfdaşlarının axtarılmasından ibarətdir. KOTRA Koreya ilə iş birliyi yaratmaq istəyən bütün qurumlara və iş adamlarına yardım göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]