İQTİSADİYYAT
KREDİTLƏRİN 50 FAİZDƏN ÇOXU TİCARƏTƏ VƏ XİDMƏT SAHƏLƏRİNƏ YÖNƏLDİLMİŞ, ELƏCƏ DƏ FİZİKİ ŞƏXSLƏRƏ VERİLMİŞDİR
2003-cü il iyulun 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlər nəzərə alınmamaqla, iqtisadiyyatın müxtəlif sahələrinə 2360,0 milyard manat kredit qoyulmuşdur.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kreditlərin 605,8 milyard manatı və ya 25,7 faizi ticarətə və xidmət sahələrinə yönəldilmişdir. Fiziki şəxslərə 602,0 milyard manat və ya 25,5 faiz kredit verilmişdir. Nəqliyyata və rabitəyə 372,7 milyard manat və ya 15,8 faiz, dövlət idarəçiliyi sahəsinə isə 201,9 milyard və ya 8,6 faiz kredit ayrılmışdır.
Energetikaya və təbiəti mühafizə tədbirlərinə 172,7 milyard manat və ya 7,3 faiz, tikinti və əmlak sahələrinə 135,0 milyard manat və ya 5,7 faiz, kənd təsərrüfatına 118,1 milyard manat və ya 5,0 faiz , yüngül və ağır sənayeyə 108,9 milyard manat və ya 4,6 faiz kredit qoyulmuşdur. Kreditlərin 42,7 milyard manatı və ya 1,8 faizi digər sahələrə yönəldilmişdir.