KUBA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR VƏ BU SİYASƏT DƏYİŞMƏYƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Kubanın eyni zamanda Azərbaycandakı səfiri Marti Martines Xorxe diplomatik missiyasının başa çatması ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın Kubaya dəstəyini yüksək qiymətləndirən səfir Marti Martines Xorxe ölkəsinin vacib tərəfdaş kimi Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini və bütün səylərini buna yönəltdiyini bildirmişdir.
Səfir, həmçinin mayın ortalarında Kuba Ticarət Palatasının yüksək rəsmilərinin Azərbaycana səfərə gələcəklərini, iqtisadi sahədə qarşılıqlı fayda verəcək sahələrin müəyyənləşdirilməsi üçün bu səfərin mühüm əhəmiyyətini qeyd etmişdir.
Daha sonra o, Kubanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməyəcəyini diqqətə çatdırmışdır.
Nazir E.Məmmədyarov Azərbaycanın Kuba ilə əlaqələrin genişlənməsinə maraq göstərdiyini, ikitərəfli əməkdaşlıq üçün mövcud potensialı inkişaf etdirməyin zəruriliyini vurğulamışdır.
Görüşdə diplomatik akademiyalar arasında təmasların qurulması, tələbə mübadiləsi, kənd təsərrüfatı və səhiyyə sahələrində əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi imkanları da nəzərdən keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]