KÜR ÇAYI YATAĞININ DƏYİŞDİRİLMƏSİ LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Salyanda Kür çayının yatağının düzlənməsi layihəsi həyata keçirilir.
Podratçı təşkilat olan “Muğan Su Tikinti” törəmə müəssisəsi sahəyə 150 adda müxtəlif təyinatlı texnika və 200 nəfər işçi qüvvəsi cəlb etmişdir. Az müddətdə 300 metrlik beton kanal çəkilmişdir. Ümumi uzunluğu 1450 metr olacaq bu kanal Kürdən Akkuşa çayına su daşıyacaq, təsərrüfatların suvarma suyu ilə fasiləsiz təchizatına şərait yaradacaqdır.
Kür çayının yeni yatağının qarşıdakı iki il ərzində istifadəyə verilməsi Salyan və Neftçala rayonlarında daşqın təhlükələrini aradan qaldırmaqla 30 min hektaradək torpaq sahəsinin şoranlaşmadan qorunmasına, çayın köhnə məcrasındakı 500 hektardan yuxarı sahənin əkin dövriyyəsinə qatılmasına imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]