KÜR ÇAYININ AŞAĞI AXININDAKI SƏVİYYƏSİNDƏ AZALMA MÜŞAHİDƏ OLUNUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda respublikanın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normaya yaxın və bir qədər çoxdur, digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axın ongünlük normanın 75 faizini, Qanıx çayından Mingəçevir su anbarına axın isə ongünlük normanın 58 faizini təşkil edir.
Mingəçevir və Araz su anbarlarından buraxılan suyun tənzimlənməsi ilə əlaqədar Kür çayının aşağı axınındakı səviyyəsində azalma müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]